15:23 23.01.2026 519

AFFA-dan aşağı liqalarla bağlı yenilik: Meydana 13 oyunçu buraxıla bilər

2025-2026-cı illər mövsümü başlamazdan öncə müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Misli Premyer Liqasında iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirilib. 

Fanat.Az xəbər verir ki, məlumatı assosiasiyanın mətbuat xidməti yayıb. 

Bildirilib ki, həmin görüşlərdə bir sıra məsələlər müzakirə edilib, təkliflər dəyərləndirilib və uyğun olan bəzi yeni qərarlar qəbul edilib.

Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tətbiq edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə AFFA rəhbərliyi bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib.

Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər.

Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.

Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər.

Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər.

Hesab fərqinə görə meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

Bu qaydanı icra etmək məcburi deyil. Hesabda geridə olan komanda oyuna əlavə oyunçu daxil etməyə də bilər və bu, komandanın öz öhdəliyindədir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
23:01

DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

22:36

Mundialda ekstremal hava təhlükəsi

22:16

Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər

21:42

Messi Klozeni geridə qoyub rekordçu oldu

21:05

"Çelsi"dən "Liverpul"un ulduzuna qarmaq

20:48

"Tottenhem" Reşford üçün hərəkətə keçdi

20:18

Dünya çempionatında şok iddia

19:51

DÇ-2026-da tribunalarda inanılmaz rekord! — Stadionlar tam dolur

19:12

"Arsenal" Deklan Raysın köməyi ilə Premyer Liqa ulduzunu gətirir

18:42

Sosial şəbəkələri çalxalayan "Süni intellekt" davası - FIFA məsələyə nöqtə qoydu

18:22

"Mançester Yunayted" zərərə razı oldu

17:53

Azərbaycan teleməkanında ilk - DÇ oyunlarını xanımlar da şərh edəcək

17:44

Hələ Salah kimisi olmamışdı

17:32

Qazaxıstan yığmasının baş məşqçisi postundan getdi - RƏSMİ

17:13

Yamal qol vurdu, İspaniya yığması unikal rekorda imza atdı

16:54

Almaniya millisinin üzvü üçün mundial erkən bitdi

16:35

"Qısa müddətdə qapınızda üç qol görürüsünüzsə..." - Səudiyyə Ərəbistanının baş məşqçisi

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:15

Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

15:57

"Biz hələ də tarix yazmağın bir addımlığındayıq" - Yeni Zelandiya yığmasının çalışdırıcısı

15:29

"Qarabağ" daha iki futbolçusu ilə yollarını ayırdı

15:11

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada 7 medal qazandılar

14:53

AFFA-nın "bonus fondu"ndan kim nə qədər qazandı? - MƏBLƏĞ

14:32

"Nail olduğumuz nəticədən razıyıq" - Kabo Verdenin baş məşqçisi

13:49

"İmişli" yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoydu - RƏSMİ

13:27

"Bəxtimiz gətirdi ki, azlıqda qalan Belçikaya uduzmadıq" - İran millisinin baş məşqçisi nədən narazı qaldığını açıqladı

13:09

"Ümid edirəm ki, Avstriya zəif cəhətlərimizi tapmayacaq" - Lionel Skaloni

12:48

Azərbaycan millisi Çexiya və Latviya ilə neçə dəfə qarşılaşıb? - STATİSTİKA

12:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

11:55

"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

11:37

Elvin Cəfərquliyev "Qarabağ"a döndü, Azərbaycanı tərk etdi - VİDEO

11:16

AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

10:52

Marselo Byelsa Kabo Verde yığması ilə heç-heçə etdikləri oyundan nə danışdı?

10:09

Belçika millisinin baş məşqçisi İranı məğlub edə bilməmələrinin səbəbini açıqladı

09:48

DÇ-2026: Dünya çempionu növbəti matçına çıxır

09:25

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

09:00

Niderland nəhəngi ispaniyalı məşqçisini qovdu

08:00

DÇ-2026: Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

02:51

Yamal ərəblərə elə bir cavab verdi ki...

02:22

Əlireza Belçika ilə oyunun ən yaxşısı seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X