
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Fanat.Az xəbər verir ki, bıçaqlanan şəxs “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevdir.
2002-ci il təvəllüdlü futbolçu kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
DİN-in regional qrumundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Veysəl Rzayev "Kəpəz"ə bir ay əvvəl “Turan Tovuz” klubundan transfer edilib.