15:04 03.02.2026 488

"Lisenziya üçün müraciət edən klubların sayı 54-ə çatıb" - AFFA rəsmisi

"Ötən mövsüm Azərbaycan çempionatlarında klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/2027 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb".

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

O, klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə danışıb:

"Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.

Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/2027 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir".

Mütəxəssis 2026/2027 lisenziyalaşdırma mövsümündə müəyyən dəyişikliklərin olduğunu bildirib:

"Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən II Liqanın bütün klubları, eləcə də Region Liqasından II Liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə II Liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidirlər".

AFFA rəsmisi lisenziyalaşdırma prosesinin hazırda konkret hansı mərhələdə olması barədə məlumat verib:

"Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədir". S.Səlimli lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə də danışıb: "Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən "Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi"nə start verilib. İlkin mərhələdə Premyer Liqa və I Liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub.

Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
20:18

Dünya çempionatında şok iddia

19:51

DÇ-2026-da tribunalarda inanılmaz rekord! — Stadionlar tam dolur

19:12

"Arsenal" Deklan Raysın köməyi ilə Premyer Liqa ulduzunu gətirir

18:42

Sosial şəbəkələri çalxalayan "Süni intellekt" davası - FIFA məsələyə nöqtə qoydu

18:22

"Mançester Yunayted" zərərə razı oldu

17:53

Azərbaycan teleməkanında ilk - DÇ oyunlarını xanımlar da şərh edəcək

17:44

Hələ Salah kimisi olmamışdı

17:32

Qazaxıstan yığmasının baş məşqçisi postundan getdi - RƏSMİ

17:13

Yamal qol vurdu, İspaniya yığması unikal rekorda imza atdı

16:54

Almaniya millisinin üzvü üçün mundial erkən bitdi

16:35

"Qısa müddətdə qapınızda üç qol görürüsünüzsə..." - Səudiyyə Ərəbistanının baş məşqçisi

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:15

Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

15:57

"Biz hələ də tarix yazmağın bir addımlığındayıq" - Yeni Zelandiya yığmasının çalışdırıcısı

15:29

"Qarabağ" daha iki futbolçusu ilə yollarını ayırdı

15:11

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada 7 medal qazandılar

14:53

AFFA-nın "bonus fondu"ndan kim nə qədər qazandı? - MƏBLƏĞ

14:32

"Nail olduğumuz nəticədən razıyıq" - Kabo Verdenin baş məşqçisi

13:49

"İmişli" yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoydu - RƏSMİ

13:27

"Bəxtimiz gətirdi ki, azlıqda qalan Belçikaya uduzmadıq" - İran millisinin baş məşqçisi nədən narazı qaldığını açıqladı

13:09

"Ümid edirəm ki, Avstriya zəif cəhətlərimizi tapmayacaq" - Lionel Skaloni

12:48

Azərbaycan millisi Çexiya və Latviya ilə neçə dəfə qarşılaşıb? - STATİSTİKA

12:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

11:55

"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

11:37

Elvin Cəfərquliyev "Qarabağ"a döndü, Azərbaycanı tərk etdi - VİDEO

11:16

AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

10:52

Marselo Byelsa Kabo Verde yığması ilə heç-heçə etdikləri oyundan nə danışdı?

10:09

Belçika millisinin baş məşqçisi İranı məğlub edə bilməmələrinin səbəbini açıqladı

09:48

DÇ-2026: Dünya çempionu növbəti matçına çıxır

09:25

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

09:00

Niderland nəhəngi ispaniyalı məşqçisini qovdu

08:00

DÇ-2026: Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

02:51

Yamal ərəblərə elə bir cavab verdi ki...

02:22

Əlireza Belçika ilə oyunun ən yaxşısı seçildi

01:52

"Qalatasaray"ın ulduzu "Neftçi"yə keçir?

01:02

DÇ-2026: İspaniya darmadağına sevindi, Belçika - İran matçında "quru sülh"

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

Facebookdan bizi izləməyi unutmayın.
X