
"Əl-İttihad" rəhbərliyi Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda "Əl-Nəsr"ə qarşı keçirilən oyundan (0:2) sonra səs-küylü açıqlama ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, sözügedən klub məğlubiyyəti sloveniyalı hakim Slavko Vinçiçin səhvləri ilə əlaqələndirib.
Ciddə təmsilçisi bu barədə rəsmi saytında bəyanat yayıb. İddiaya görə, hakim Kriştianu Ronaldunun komandasına qarşı iki aşkar penaltini təyin etməyib (portuqaliyalı həmin oyunda meydana çıxmayıb).
"Əl-İttihad" "Əl-Nəsr"lə oyununda yol verilən ciddi səhvlərdən son dərəcə narazılığını bildirir. Bunlar matçın gedişatına və nəticəsinə birbaşa təsir etdi. Xeyrimizə iki dəqiq penalti təyin olunmadı. VAR-dan da göründüyü kimi, bu qayda pozuntularından azı birində aşkar penalti təyin olunmalı idi.
Klubun ədalətli rəqabət və bütün klublar üçün bərabər imkanlar öhdəliyinə əsaslanaraq, məsul qurumlardan bu hadisələri nəzərdən keçirmələrini, ədalətli və qərəzsiz hakimliyin təmin edilməsi, eləcə də turnirə azarkeşlərin inamını qorumaq üçün lazımi tədbirlər görmələrini tələb edirik".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqası Rusiyadan da daxil olmaqla, xarici hakimlərdən geniş istifadə edir. Vinçiç Avropanın aparıcı hakimlərindən biri hesab olunur.
Mirağa