
İngiltərə Premyer Liqası tarixindəki ən pis transferlərin reytinqi tərtib edilib.
Fanat.Az xəbər verir ki, məşhur ESPN nəşrinin dərc etdiyi siyahıda ilk yeri ukraynalı cinah oyunçusu Mixail Mudrikin "Çelsi"yə 70 milyon avroluq transferi tutub.
İkinci yerdə braziliyalı yarımmüdafiəçi Antonini üçün 95 milyon avro ödəyən "Mançester Yunayted"in transfer əməliyyatıdır.
Premyer Liqa tarixinin ən pis transferlərindən ibarət "üçlüy"ü Nikolas Pepe tamamlayıb. "Arsenal" ona təxminən 80 milyon avro ödəyib.
25 yaşlı Mudrik "zadəganlar"a 2023-cü ilin yanvar ayında qoşulub. Onun londonlularla müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonunda bitir.
Mirağa