
Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Turan Tovuz" səfərdə "Şamaxı" ilə qarşılaşacaq. Saat 14:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Tural Qurbanov idarə edəcək.
Turun son matçı Qəbələdə keçiriləcək. Lider "Sabah" Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu "qırmızı-qaralar"ın qonağı olacaq. Qarşılaşmanın start fitini saat 17:30-da Rauf Cabarov səsləndirəcək.
Qeyd edək ki, tur çərçivəsində "Qarabağ" "Şamaxı"nı (1:0), "Neftçi" "Kəpəz"i (3:1), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0) üstələyib.
Misli Premyer Liqası
XX tur
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə, Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu.
17:30. "Qəbələ" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov, Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu.