
Azərbaycan I Liqa təmsilçisi "Şimal" heyətini yeni legionerlə gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı xaçmazlıların mətbuat xidməti yayıb.
Bölgə təmsilçisi Fil Dişi Sahilindən olan 21 yaşlı hücumçu Qla Anj Donaldı heyətinə cəlb edib. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.
Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarında çıxış edib. Gənc hücumçu "Şimal"ın heyətində 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Şimal" hazırda I Liqanın turnir cədvəlində 8 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.