
Rusiya Premyer Liqasının mart ayı üçün ən yaxşı məşqçisi açıqlanıb.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, səsverməyə görə "Dinamo Moskva"nın məşqçisi Rolan Qusev qalib gəlib.
"Ağ-göylər"in çalışdırıcısı "Krasnodar"ın baş məşqçisi Murad Musayevi üstələyib.
Mövsümün bərpasından sonra "Dinamo" Rusiya çempionatında 4 oyundan üçündə qalib gəlib - "Krılya Sovetov"u (4:0), ÇSKA-nı (4:1) və "Rostov"u (1:0) məğlub edib.
Hazırda "Dinamo" 22 turda 30 xal toplayaraq turnir cədvəlində doqquzuncu yerdədir. Qusevin komandası aprelin 4-də "Orenburq"u qəbul edəcək.
"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin başçılıq etdiyi "Krasnodar" isə 49 xalla liderdir. "Buğalar" da son 4 oyundan 3-də qələbə qazanıb.