
"Mançester Yunayted"in keçmiş oyunçusu Patris Evra İngiltərə çempionatında intriqanın öldüyünü düşünür.
Fanat.Az xəbər verir ki, o, buna görə üzgün olduğunu bildirib.
"Derbyderbyderby.it" fransalı veteranın fikirlərini belə təqdim edib:
"İngiltərə çempionatındakı intriqa, qəfildən ciddi böhrana düşən "Arsenal"a görə gözümüzün önündə ölür. "Arsenal"da uğur üçün heç bir əlamət və ya inam görmürəm. İnanmadığınız zaman isə problemlər baş qaldırır. Onlar yenidən dejavu yaşayırlar və liqadakı liderliklərini artıq on beşinci dəfədir ki, əldən verirlər. Əlbəttə ki, Qvardiola bu dəfə də bu fürsəti əldən verməyəcək".
Xatırladaq ki, "Mançester Siti" son turda "Arsenal"ı 2:1 hesabı ilə məğlub edərək xal fərqini 3-ə endirib. "Şəhərlilər"in ehtiyatda bir oyunu var.
Mirağa