
Azərbaycan II Liqasında 25-ci tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun son günündə ilk "6-lıq" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Lider "Xankəndi"ni bürünc medalı təmin etmiş "Quba" ilə çətin səfər matçı gözləyir. Qarabağlılardan cəmi 3 xal geridə olan və zirvəyə yüksəlmək üçün fürsət gözləyən "Qaradağ Lökbatan"ın da "Dinamo" ilə işi asan keçməyəcək.
Tura Şirvanda yerli komanda ilə "Şəmkir" arasındakı oyunla yekun vurulacaq.
Mayın 3-4-də baş tutan görüşlərdə "Kür-Araz" "Şəki Siti"ni 5:1, "Araz Saatlı" "Ağdaş"ı 2:0 hesabı ilə üstələyib, "Göygöl" - "Ağstafa Gəncləri" qarşılaşması isə 1:1-lik sülhlə başa çatıb.
Azərbaycan II Liqası
25-ci tur
5 may
“Quba” – “Xankəndi”
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba. Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Şirvan” – “Şəmkir”
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan. Olimpiya İdman Kompleksinin Stadionu, 16:30.
