
PSJ-nin kapitanı Markinos Çempionlar Liqasında keçirilən oyunların sayına görə braziliyalı futbolçular arasında yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb.
Müdafiəçi Çempionlar Liqasının yarımfinalının ikinci oyununda "Bayern Münhen"ə qarşı start heyətində meydana çıxıb və bu, onun turnirdəki 121-ci matçı olub. Beləliklə, o, Avropanın ən nüfuzlu klub yarışında 120 oyun keçirən əfsanəvi Roberto Karlosun rekordunu keçib.

Xatırladaq ki, PSJ ilə "Bayern" arasında ilk oyun parislilərin 5:4 hesablı qələbəsi ilə başa çatıb. İkinci oyun isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Paris nəhəngi Çempionlar Liqasının hazırkı sahibidir və sözügedən komanda bu mövsüm titulunu qorumaq imkanına malikdir.
Mirağa