
Avropa Liqası və Konfrans Liqasının dünənki yarımfinal oyunlarından sonra İspaniya 2026/27 mövsümü üçün Çempionlar Liqasının əsas mərhələsinə beşinci vəsiqəsini qazanıb.
Fanat.Az xəbər verir ki, ispanlar qitənin əsas klub yarışının liqa mərhələsinə əlavə yer əldə ediblər.
Bu, "Rayo Valyekano"nun Konfrans Liqasının yarımfinalında "Strasburq" üzərində qələbə qazanaraq (1:0) turnirin finalına yüksəlməsi nəticəsində mümkün olub.
Xatırladaq ki, Çempionlar Liqasının 36 komandaya qədər genişləndirilməsindən bəri, əsas mərhələdə əlavə iki yer əvvəlki mövsümdə UEFA əmsal cədvəlində ən çox xal toplayan klublara verilir.
34 turdan sonra La Liqada "Barselona" 88 xalla liderlik edir və "Real Madrid"dən 11 xal öndədir. İlk üçlüyü "Vilyarreal" (68), "Atletiko" (63), "Betis" (53), "Selta" (47), "Xetafe" (44), "Atletik" (44), "Real Sosyedad" (43), "Osasuna" (42) və "Rayo" (42) tamamlayır.