
Portuqaliyalı yarımmüdafiəçi Joau Palinya icarə əsasında çıxış etdiyi "Tottenhem"də birdəfəlik qala bilər.
Fanat.Az xəbər verir ki, "Daily Mail" yeni baş məşqçi Roberto De Zerbinin 30 yaşlı futbolçunu heyətində saxlamaq istədiyi barədə məlumat yayıb.
Baxmayaraq ki, bir müddət əvvəl, konkret, Tomas Frank və İqor Tüdorun dövründə onun "Bayern Münhen"ə qayıtmasına qərar verilmişdi.
İtaliyalı mütəxəssisin gəlişi ilə oyunçu ətrafında vəziyyət kökündən dəyişib. İngilis klubunun ötən yay icarəyə götürdüyü oyunçunu 31 milyon avroya almaq seçimi var.
2025/26 mövsümündə portuqaliyalı futbolçu "Tottenhem"in heyətində bütün turnirlərdə 42 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Hazırda 37 xalla 17-ci pillədə qərarlaşan və Premyer Liqanı tərk etmək təhlükəsi qarşısında olan "hotspurlular" növbəti oyununu mayın 11-də "Lids"ə qarşı keçirəcək.
Mirağa