
Premyer Liqada yerini pley-off matçındakı qələbə sayəsində qoruyan "Qəbələ" heyətdə islahata başlayıb.
Fanat.Az xəbər verir ki, bölgə klubu 3 futbolçusu ilə vidalaşıb.
"Qırmızı-qaralar"la müqavilə müddəti başa çatan İbrahim Sanqare və Rüfət Əhmədovla yeni anlaşmaya ehtiyac duyulmayıb. Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun müavilə müddəti bitib.