
Ekvador prezidenti Daniel Noboa milli komandanın DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanması ilə əlaqədar olaraq ölkədə rəsmi tətil elan edib.
Fanat.Az xəbər verir ki, Noboa bu barədə özünün sosial media hesabında paylaşım edib:
"Tənqidlərə, bəzən təhqirlərə və çətin sınaqlara baxmayaraq, mübarizə aparıb bütün ölkəyə böyük sevinc bəxş edən oyunçulara və məşqçiyə təşəkkür edirəm. Cümə günü istirahət günüdür! Yaşasın Ekvador!"
Ekvador qrup mərhələsinin üçüncü turunda Almaniya üzərində 2:1 hesablı qələbə qazanıb. Beləliklə, qrupda 4 xal qazanan və E qrupunda üçüncü yeri tutan Ekvador 20 ildən sonra ilk dəfə pley-off mərhələsinə yüksəlib.
Mirağa