
Hazırda davam edən dünya çempionatında 1/16 finalın Niderland - Mərakeş oyununun ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, Meksikada baş tutan, əsas və əlavə vaxtdan sonra 1:1 hesabı qeydə alınan matçda Mərakeş penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.
Mərakeşli müdafiəçi İssa Diop matçın ən yaxşı oyunçusu seçilib. İssa əsas vaxtın sonunda vurduğu qolla komandasını məğlubiyyətdən qurtarıb.
ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı 11 iyunda başlayıb və 19 iyulda yekunlaşacaq. Argentina hazırkı dünya çempionudur.