
"Zirə"nin UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Torpedo Kutaisi"nin Bakıya səfər proqramı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gürcüstan təmsilçisi ilk görüş üçün Azərbaycana oyundan bir gün əvvəl, iyulun 7-də gələcək.
Qonaq komanda paytaxtda "Abşeron" hotelində məskunlaşacaq.
Qeyd edək ki, "qardallar" "Torpedo"nu iyulun 8-də qonaq edəcək. Oyun Sumqayıtda baş tutacaq və 20:00-da start götürəcək. Tərəflər arasında cavab görüşü 16 iyulda Kutaisidə keçiriləcək.
Mirağa