15:17 09.07.2026 131

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

UEFA Konfrans Liqasının 1-ci mərhələsində Gürcüstanın "Torpedo" komandası ilə üz-üzə gələn "Zirə" ilk oyunda böyük hesablı qələbə qazandı. "Qartallar" Kutaisi təmsilçisi ilə Bakıdakı görüşdə 3:0 qalib gəldi.  
Nəticə Azərbaycan millisinin sabiq yarımüdafiəçisi Aslan Kərimov üçün gözlənilməz olub. 

Oyunu şərh edən və cavab qarşılaşması ilə bağlı proqnozlarını çatdıran tanınmış futbol mütəxəssisinin Fanat.Az-a açıqlaması belə oldu:

"Əslində, ilk oyunu belə gözləmirdim. "Zirə"nin ifasında tempin aşağı olacağını düşünürdüm. Çünki yeni sezonun birinci oyunu idi. Komandanın hazırlığı da əhatəli olmamış, buna vaxtları kifayət etməmişdi. "Zirə" bütün komponentlərdə rəqibini üstələdi. "Torpedo Kutaisi" texnikalı futbolçulardan ibarət olan komandadır. Təmsilçimiz onların bütün üstün cəhətlərini zərərsizləşdirməyi, gedişlərinin qarşısını almağı bacardı. Bunun nəticəsində 3 cavabsız qol da vurduq, cavab görüşü öncəsi çox yaxşı nəticə əldə etdik. Amma hələ heç nə həll olunmayıb. Bu ciddiyəti Gürcüstanda da qorumaq lazımdır. Şəxsən belə düşünürəm ki, Bakıdakı oyunda əsl "Torpedo Kutaisi"ni görmədik. Cavab qarşılaşmasında "Zirə"yə güclü təzyiq edəcək, azarkeşlərinin dəstəyindən yararlanmağa çalışacaq, qələbə qazanmaq üçün bütün qüvvələrini ortaya qoyacaqlar. Düzdür, 3:0-dan geridönüş etmək onlar üçün asan olmayacaq. Rəşad Sadıqovun səfərdə taktikanı dəyişib ək-həmlələrə bel bağlaya bilər ki, hücuma aludə olan rəqibin boşluqlarından yararlansın. "Zirə"nin mərhələni adlayacağına şübhə etmirəm".

Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçı iyulun 16-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X