
Peşəkar futbola 2012-ci ildə keçmiş "İnter"in heyətində başlayan və "bankirlər"in heyətində Azərbaycanın bürünc mükafatçısı olan İlqar Ələkbərov karyerasını 2-ci Liqada davam etdirəcək.
Fanat.Az-ın məlumatına görə, Region Liqasından 2-ci Liqaya yüksəldikdən sonra heyətində köklü dəyişikliklər edən, Nodar Məmmədov, Pərviz Qaraxanov, Novruz Məmmədov kimi təcrübəli adları sıralarına qatan Sabirabad təmsilçisi 32 yaşlı yarımmüdafiəçisini heyətində saxlayıb.
Ələkbərovla 1 illik yeni müqavilə imzalanıb.
U-21 yığmamızın sabiq üzvü İlqar Ələkbərov karyerası ərzində "İnter"dən başqa, "Xəzər Lənkəran", AZAL, MOİK və sair kimi klublarda forma geyib.
Mirağa