
"Baku Sportinq" yeni futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ölkə təmsilçisi "Mingəçevir"dən ayrılan Şahmar Aşurovu heyətinə qatıb. 21 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. O həmçinin sol cinah hücumçusu kimi də oynaya bilir.
Şahmar daha öncə "Kəpəz" və "Zirə"də də çıxış edib.
Əlisahib İbrahimli