17:33 15.07.2026 1363

Ağdam təmsilçisi "Uğur" gələcəyin futbolçularını hazırlayır

Uşaq futbolunun inkişafına töhfə vermək məqsədilə yaradılan “Uğur” futbol klubu qısa müddət ərzində öz ətrafında istedadlı uşaqları birləşdirə bilib. 2025-ci ildə rəsmi qeydiyyatdan keçən klub Ağdamı təmsil edir və hazırda 5 yaşdan 14 yaşadək futbolçularla çalışır. Klubun əsas məqsədi uşaqlara futbolun sirlərini öyrətmək, onların bacarıqlarını inkişaf etdirmək və gələcəkdə daha böyük futbol klublarında çıxış etmələri üçün imkan yaratmaqdır.

“Uğur” futbol klubunun məşqçisi Zaur Hüseynov Fanat.Az-a bildirib ki, fəaliyyətlərinin əsas istiqaməti uşaq futbolunun inkişafına dəstək olmaq və gələcəyin futbolçularını yetişdirməkdir.

“Bizim əsas hədəfimiz uşaqlara düzgün futbol təhsili vermək, onların texniki, fiziki və taktiki hazırlığını artırmaqdır. Klubumuzda 5 yaşdan 14 yaşa qədər uşaqlar məşq edir. Çalışırıq ki, burada yetişən futbolçular gələcəkdə daha böyük klublarda özlərini göstərə bilsinlər”, - deyə məşqçi qeyd edib.

Zaur Hüseynovun sözlərinə görə, “Uğur” klubunun fəaliyyətində xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də Ağdamda futbolun inkişafına töhfə verməkdir. Klub fevral ayında Ağdama köçərək burada da fəaliyyətə başlayıb. Hazırda komandanın həm Bakı, həm də Ağdam filialı fəaliyyət göstərir.

“Ağdamda fəaliyyət göstərmək bizim üçün çox önəmlidir. İşğaldan azad olunmuş torpaqlarımızda idmanın, xüsusilə də futbolun inkişafı böyük əhəmiyyət daşıyır. Uşaqların idmana cəlb olunması, onların sağlam mühitdə böyüməsi və öz istedadlarını göstərməsi üçün çalışırıq. İnanırıq ki, Ağdamdan da gələcəkdə ölkə futboluna töhfə verəcək istedadlı oyunçular yetişəcək”, - deyə Hüseynov bildirib.

Klubun yetirmələri artıq müxtəlif futbol akademiyalarının diqqətini cəlb etməyə başlayıb. Məşqçinin sözlərinə görə, yaxın zamanda iki futbolçu nüfuzlu akademiyalara seçilib.

“Rəşid adlı futbolçumuz “Şəfa” futbol akademiyasına, Zəka adlı oyunçumuz isə “Sabah” futbol akademiyasına seçilib. Bu, bizim üçün böyük uğurdur. Çünki əsas məqsədimiz uşaqların inkişafına şərait yaratmaq və onların daha yüksək səviyyəli futbol mühitinə çıxışına kömək etməkdir”, - deyə klubun məşqçisi vurğulayıb.

“Uğur” komandası yarışlarda da fəal iştirak edir. Klub mart ayında Balakəndə keçirilən turnirdə mübarizə apararaq üçüncü yerə layiq görülüb. Zaur Hüseynov qeyd edib ki, bu cür yarışlar uşaqların təcrübə qazanması, komanda ruhunun formalaşması və özlərini sınaması baxımından mühüm rol oynayır.

“Turnirlər uşaqlar üçün çox vacibdir. Onlar fərqli komandalarla qarşılaşaraq həm təcrübə qazanır, həm də öz üzərlərində işləməyə motivasiya əldə edirlər. Yaxın zamanda öz turnirimizi təşkil etmək fikrimiz də var”, - deyə o əlavə edib.

“Uğur” futbol klubu gələcəkdə fəaliyyətini daha da genişləndirməyi, daha çox uşağı futbola cəlb etməyi və yeni istedadların üzə çıxarılması istiqamətində işlərini davam etdirməyi planlaşdırır.
Ağdamı təmsil edən klubun əsas hədəfi yalnız futbolçu yetişdirmək deyil, eyni zamanda uşaqlara idmanı sevdirmək, onların sağlam və məqsədyönlü böyüməsinə şərait yaratmaqdır.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X