
Futbol üzrə dünya çempionatının 1/2 final mərhələsində baş tutan İngiltərə - Argentina matçının (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, amerikalıların superulduzu Lionel Messi fərqləndirilib.
39 yaşlı hücumçu görüşdə iki həlledici ötürmə edərək komandasının finala adlamasında müstəsna pay sahibi olub. Messi 85-ci dəqiqədə Enso Fernandesə, 90+2-də isə Lautaro Martinesə məhsuldar ötürmə edib.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundialdakı mübarizə iyulun 19-da reallaşacaq. Finalda Argentina və İspaniya milliləri üz-üzə gələcəklər.