
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İslandiyada "Vestri" ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək. "Trottarvöllur" stadionunda baş tutacaq qarşılaşmada ədaləti Marek Rodinanın başçılıq edəcəyi çexiyalı hakimlər briqadası qoruyacaq.
Bakıda təşkil olunan ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən "köhlənlər" səfərdəki görüşdə də favorit hesab olunur.
Qeyd edək ki, "Qarabağ" mərhələni keçəcəyi təqdirdə, növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul
00:00. "Vestri" – "Qarabağ"
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (hamısı Çexiya).
Reykyavik. "Trottarvöllur" stadionu.
(İlk oyun – 0:3).