
UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını nəzərəçarpacaq dərəcədə artıra bilib.
Buna "Qarabağ"la "Zirə"Nin növbəti qələbələrini qazanması şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlənlər" ilk oyunda olduğu kimi, "Vestri"ni İslandiyada, Rəşad Sadıqovlu "qartallar" isə "Torpedo Kutaisi"ni Gürcüstanda eyni hesabla (3:0)yenməsi ölkəmizin hesabına daha 0500 (hərəyə 0.250) əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılan əmsal 1.500-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 20.562-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 18,562 xalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailin xal ehtiyatı isə 20,750-dir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
Mirağa