
"Turan Tovuz" yeni transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi Stiv Beusnardla razılığa gəlinib. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Monpelye"nin yetirməsi olan Stiv Beusnard son mövsümdə Fransa Liqa 2-də "Pau" forması ilə 27 oyunda meydan olub. O, karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" klublarında da çıxış edib.