
Bu gün UEFA Konfrans Liqasında daha bir təmsilçimiz növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, "Zirə" turnirin 2-ci təsnifat mərhələsində Estoniya “Payde”si ilə qarşılaşacaq.
İlk görüş səfərdə baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı moldovalı Roman Jitari idarə edəcək.
“Zirə”nin “Payde” ilə cavab görüşü iyulun 30-da “Sumqayıt Arena”da keçiriləcək.
"Zirə" "Payde" səddini adlaya bilsə, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" 1-ci təsnifat mərhələsində qarşılaşdığı "Torpedo Kutaisi"ni həm evdə, həm də Gürcüstanda 3:0 hesabı ilə yenərək mübarizədən kənarlaşdırıb.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. Payde (Estoniya) – Zirə
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (hamısı Moldova).
Parn. Şəhər stadionu.