16:47 24.07.2026 168

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" Sofiya ÇSKA-sı ilə qarşılaşıb. "Köhlən atlar" mümkün qol epizodlarından yaralana bilməyib və oyun 0:0 hesablı bərabərliklə bitib. Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Bakıdakı matç və səfər qarşılaşması ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması isə belə oldu:

"ÇSKA-nın yaxşı presinqi var, amma onlarda hücum potensialı baxımından boşluqlar çox idi. Tez-tez top itkisinə yol verirdilər. Əslində, pressinq sayəsində "Qarabağ"ın hücumlarını qarşısını alır və topu ələ keçirdirdilər. Lakin topu qazansalar da, bunu potensial qol imkanına çevirə bilmirdilər. Əslində, eyni şeyi Ağdam təmsilçisi barədə də demək olar. Komandamız meydanın mərkəzində tez-tez top itirirdi. İstər Bikalyo olsun, istər Yankoviç... Rəqibin təzyiqi, müdafiə olunması, özlərini oyuna kökləmələri, motivasiyaları çox yüksək idi. Ancaq keyfiyyət olaraq, xüsusilə də hücum planında çətinlik çəkirdilər. "Qarabağ"ın yeniləri isə məncə, hələ gedən oyunçuların yoxluğunu unutdura bilməyiblər. Yenilər tam uyğunlaşmayıblar, o dinamikaya düşməyiblər. Ümumiyyətlə, mənə elə gəlir ki, "Qarabağ"ın oyun üslubunu hələ tam anlaya bilməyiblər. Çünki açıq-aşkar bəzi məqamlarda bir-birlərini başa düşmədikləri görünürdü. Zubirin bu oyunda performansı o qədər də yaxşı deyildi. Demək olar ki, birəbir mübarizələr zamanı kimisə keçmədi.

Hər iki komandanın üstün və zəif tərəfləri var idi. "Qarabağ"ın özünəxas oyun üslubu, Avropada böyük təcrübəsinin olması onun üstün tərəfi idi. Amma oyunçular bir-birlərini anlamaq baxımından əziyyət çəkirdilər. Dörd-beş mövqe birdən-birə dəyişilib.  Yeni oyunçuların bir-birlərini başa düşməməsi hələki normal haldır. Rəqib komandanın güclü tərəfi isə yüksək motivasiyaları, ikili mübarizələrdə "köhlən atlar"ı üstələmələri idi. Lakin bunu qola çevirə bilməmələri, hər iki-üç pasdan sonra top itirmələri onların zəif tərəfi idi. Hansısa komandanı fərqləndirmək düzgün olmaz. Hər iki tərəf belə oyunla heç-heçəyə layiq idi.

Cavab oyununa gəldikdə isə mənə elə gəlir ki, "Qarabağ" üçün daha rahat ola bilər. Bolqarların belə bir pressinqdə qırmızı vərəqə almaq ehtimalı yarana bilər. Onlar böyük qüvvə ilə hücuma atıla bilərlər ki, bu da onlar üçün dezavantaj olar. Təmsilçimiz isə fiziki cəhətdən, sürət baxımından daha üstün ola bilər. Revanş matçının Bakıdakı oyundan asan keçəcəyini düşünürəm. Mənə elə gəlir ki, rəqib meydanda biz qalib gələcəyik".

Qeyd edək ki, tərəflərin cavab oyunu iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

09:00

"Qarabağ"ın heç-heçəsi Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

Facebookdan bizi izləməyi unutmayın.
X