
“Səbail” I Liqada 2026–2027 mövsümü üçün hazırlıqlara başlayıb. Ötən gün bir araya gələrək Bakı Olimpiya Stadionunda məşqlərə start verən "dənizçilər" təlim-məşq prosesinə 16 futbolçu ilə start verib.
Hazırlıq barədə Fanat.Az-a danışan komandanın baş məşqçisi Elnur Addullayev Bakıda yoxlama oyunu keçirməyəcəklərini deyib:
"Hazırlığa başladıq, BOS-da məşq edirik. Əhval-ruhiyyə yaxşıdır. İlk məşqə 16 futbolçu ilə başladıq. Legionerlərdən yalnız Ezekiel Morqan bizimlədir. Yeni transferimiz fasilə dönəmində Azərbaycanda qaldığı üçün ilk gündən məşqlərdə iştirak edir.
Hazırlığın ölkə xaricində baş tutacaq ikinci - əsas mərhələsinə kimi heyəti formalaşdırmağı planlaşdırırıq. Bu gün bir legioner gəlib, portuqaliyalı hücumçudur. Yəqin tezliklə onunla rəsmən müqavilə imzalanacaq. Daha 3-4 legioner də götürmək istəyirik.
Avqustun 7-nə kimi həm fiziki, həm taktiki məşqlər olacaq. Bakıda oyun keçirmək nəzərdə tutulmayıb. Oyunlar Türkiyənin Bolu bölgəsində baş tutacaq. Komandamız 10–25 avqust tarixlərində orada təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində 3-4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Amma yoxlama görüşlərinin tarixləri və rəqiblər hələ dəqiqləşməyib".
Qeyd edək ki, "Səbail" I Liqada ötən mövsümü 3-cü yerdə başa vuraraq Premyer Liqaya yüksələ bilməyib.
Mirağa