14:10 29.07.2026 237

Aslan Kərimov "Sabah"ın uğuru barədə: "Bir avtomobil "Formula 1" yarışında 1-ci yerə çıxırsa..."

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "KuPS" ilə üz-üzə gələn "Sabah" 2:0 hesablı qələbə qazandı. Xatırladaq ki, "bayquşlar" Finlandiya çempionuna evdə 1:0 qalib gəlmişdi. Beləliklə, paytaxt təmsilçisi ÇL-in 3-cü mərhələsinə adladı.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi və tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "Sabah"ın səfər oyunu və uğurlu çıxışı ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Maraqlı oyun alındı. Birinci hissə ağır keçsə də, "Sabah" ikinci yarıda oyunun taleyini həll etməyi bacardı. İlk hissədə "KuPS" daha çox qol epizodu yaratdı. Lakin "bayquşlar"ın Mikelslə əldə etdiyi bir qol şansı var ki, ondan yararlansaydı, ilk hissədə bir az rahat olardı. Təmsilçimiz qol vurmadıqca psixoloji basqı altında qalırdılar, amma topu tordan keçirməyi bacardıqdan sonra rahatlaşdı və sonda oyundan qalib ayrılan tərəf oldu.

Uğur bütövlükdə komandanın, yoxsa baş məşqçinin ayağına yazılmalıdır? Bir avtomobil "Formula 1" yarışında 1-ci yerə çıxırsa, onu pilot lider edir, yoxsa texnika daha yaxşıdır? Sürücü olmadan maşın getməz. Əlbəttə, bunun üçün avtomobil də yaxşı olmalıdır. Hər ikisinin böyük rolu var. Məşqçi çox yaxşı olsa, oyunçular isə əksinə, istənilən keyfiyyətdə olmasa, uğur qazanmaq çətindir. Həmçinin futbolçular çox yaxşı olsa, ancaq mütəxəssis onları idarə edə bilməsə, heç bir nailiyyətdən söz gedə bilməz. Hər iki amil böyük rol oynayır".

Qeyd edək ki, "Sabah" növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. İlk oyun avqustun 4-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

29 İyul 2026
15:55

"Şahdağ Qusar" "Qarabağ" və "Araz-Naxçıvan"la da qarşılaşacaq - AÇIQLAMA

15:32

"Zirə"nin yeni transferi əməliyyat olundu

15:13

Neymar Braziliya millisindən getdi

14:28

Qolçu hücumçu iddialı klubla müqavilə bağladı

14:10

Aslan Kərimov "Sabah"ın uğuru barədə: "Bir avtomobil "Formula 1" yarışında 1-ci yerə çıxırsa..."

13:51

Bulatoviçin Azərbaycan klubuna keçidi alınmadı

13:33

"Ad dəyişikliyi üçün rəsmi müraciət etmişik" - "Səbail"in prezidenti

13:14

"Beşiktaş" serbiyalı ulduzu hədəfə aldı - Vinçentso İtalyano amili işə yarayacaq?

12:51

"Karvan-Yevlax" yeni transfer reallaşdırdı

12:34

"Qalatasaray" Kevin de Bröyneni hədəf aldı - SON DURUM

12:16

KL: 3-cü mərhələnin daha 3 iştirakçısı müəyyənləşir, "Zirə" ilə "Neftçi" gözləyir

11:57

"Çelsi" 35 yaşlı hücumçu ilə anlaşdı

11:38

“Sabahın Ulduzları” turnirinin püşkü atıldı

11:20

"Payde"nin futbolçusu Fanat.Az-a danışdı: "Zirə"yə böyük hörmətimiz var, lakin..."

11:01

“Transferlər olacaq, bunu hamı görəcək” - "Qalatasaray"ın prezidenti

10:42

Dünya çempionatı: İlk "qızıl"ı kim qazanacaq?

10:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:05

ÇL: "Fənərbağça" Polşa sınağında

09:43

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:25

Afrika Çempionlar Liqasının ikiqat qalibi milli komandaya baş məşqçi təyin olundu

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın qazancı artdı - UEFA reytinqi

02:10

ÇL: "Dinamo Zaqreb" növbəti mərhələdə

01:30

KL: 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib

28 İyul 2026
23:55

"Barselona"da qalmaq üçün 200 milyondan imtina etdi

22:43

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

22:12

Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək

21:44

"Avrokuboklar böyük güc tələb edir" - Valdas Dambrauskas

21:14

Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib

20:58

"Sabah"dan tarixi uğur

20:51

ÇL: "Sabah" III təsnifat mərhələsinə yüksəldi

20:14

"Real" ulduz vingeri rənglərinə bağlamağa yaxındır

19:39

"İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün maarifləndirici təlim təşkil olunub

19:09

"Qəbələ" portuqaliyalı vingerlə gücləndi

18:41

"Mingəçevir"in nə baş məşqçisi var, nə də bir futbolçusu - "İşıqçılar"ın aqibəti necə olacaq?

18:09

"Sabah" bu transferdən 5 milyon qazanacaq

17:48

Fərmanov da "Mingəçevir"dən getdi

17:24

Talişka ÇL matçından öncə belə danışdı

17:06

"Payde" ilə ikinci matç ərəfəsində "Zirə"nin heyəti ilə bağlı son vəziyyət bəllidir

16:48

ÇSKA ilə cavab matçından öncə "Qarabağ"da üzlər gülür

16:26

"Arsenal" bu futbolçu üçün 100 milyon avro və Dyökereşi təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X