
"Bayern Münhen"in veteran qapıçısı və Almaniya milli komandasının kapitanlarından biri olan Manuel Noyer karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, "Bild" nəşrinə danışan təcrübəli qapıçı karyerasını başa vurmaq qərarının çox da gec olmadığını bildirərək, mövsümün sonunda təqaüdə çıxmasının ciddi ehtimal olduğunu qeyd edib:
"Meydana hər çıxanda 'bu, mənim son oyunumdur deyə düşünmürəm. Bununla belə, futbol karyeramın sonuna yaxınlaşdığım bir faktdır".
39 yaşlı qapıçının planlarına əsasən, o, fəal oyunçu karyerasını 2026/2027-ci illər mövsümünün sonunda başa vurmağı nəzərdə tutur.
Qeyd edək ki, təcrübəli qapıçı 2025/2026 "futbol ili"ndə 37 matça çıxıb.
Əlisahib İbrahimli