
Beynəlxalq Futbol Federasiyaları İttifaqında (FİFA) prezident dəyişikliyi reallaşa bilər.
Fanat.Az xəbər verir ki, "Politico" belə iddia ilə gündəmə səbəb olub.
Mənbənin məlumata görə, UEFA-da FİFA-nın hazırkı prezidenti Canni İnfantinonun son qərarlarından, xüsusilə DÇ-nin hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırmasına görə narazıların sayı artmaqdadır. Avropa futbol rəsmiləri PSJ-nin prezidenti Nassr Əl-Xəlaifi FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə hazırlaşırlar.
Təşkilatın yeni rəhbərinin seçkiləri 2027-ci ilin mart ayında keçiriləcək.
Canni Infantino 2016-cı ildən bəri FİFA-nın rəhbəri vəzifəsində çalışır.
Nasser Əl-Xelaifi 2011-ci ildən PSJ-yə rəhbərlik edir və eyni zamanda Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti postunu tutur.
Mirağa