
“Change.org” platformasının istifadəçiləri Lionel Messiyə idman sahəsində “Asturiya şahzadəsi” mükafatının verilməsi qərarına yenidən baxılması tələbi ilə təxminən 30 petisiya yaradıblar.
Fanat.Az xəbər verir ki, azarkeşlər Argentina millisinin kapitanına təqdim olunan mükafatın ləğv edilməsini, geri alınmasını və ya qərara yenidən baxılmasını tələb edirlər.
Narazılıqlar Argentina millisinin İspaniyaya məğlub olduğu 2026-cı il dünya çempionatının finalından sonra yaranıb.
Azarkeşlər Messinin turnir zamanı davranışının qeyri-idman xarakterli və hörmət prinsiplərinə zidd olduğunu düşünürlər. Futbolçunun oyunun nəticəsinə reaksiyası və mükafatlandırma mərasimindəki davranışı tənqid edilir.
Messinin 2026-cı il üzrə idman sahəsində “Asturiya şahzadəsi” mükafatına layiq görüldüyü iyunun 3-də açıqlanıb. Münsiflər heyəti qərar verərkən onun ümumi idman karyerasını, xeyriyyəçilik fəaliyyətini, oyunlar zamanı nümunəvi davranışını, sabitliyini, təvazökarlığını və komanda oyununa sadiqliyini xüsusi qeyd edib.
Qeyd edək ki, Messi dünya çempionatında 8 qol vuraraq bombardirlər yarışında ikinci yeri tutub.
Əlisahib İbrahimli