
"Trabzonspor” Məhəmməd Salaha rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Yağız Sabuncuoğlu yayıb.
Bildirilir ki, Qara dəniz təmsilçisi misirli oyunçu ilə 2 illik müqavilə bağlamaq istəyir. Nəzərdə tutulan maaş isə illik 17 milyon avrodur.
Salahın meneceri oyunçuya zəng edərək təklifi dilə gətirib. Futbolçu məsələyə müsbət baxır. O, ailəsi ilə danışdıqdan sonra son qərarını verəcək.
Qeyd edək ki, Mo ötən mövsüm “Liverpul”un heyətində 41 matça çıxıb, 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli