
"Fənərbağça" Romelu Lukakunu almaq üçün yeni təklif irəli sürüb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, İstanbul təmsilçisi belçikalı forvard üçün "Napoli"yə 6 milyon avro təklif edib.
Klublar arasında anlaşma yaxın görünür. Lukaku özü də Türkiyəyə gəlməyə müsbət baxır.
Qeyd edək ki, Lukaku ötən mövsüm bütün turnirlərdə 7 matça çıxıb və 1 qola adını yazdırıb. Dünya çempionatında 6 görüş keçirən ulduz 3 dəfə topu tora qovuşdurub həmçinin 1 məhsuldar ötürmə edərək millisinin şərəfini qoruyub.
Əlisahib İbrahimli