
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" komandası ilə qarşılaşacaq "Sabah"ın İsrail təmsilçisi ilə ev oyununu keçirəcəyi stadion müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "bayquşlar" rəqibini Tofiq Bəhramov adına stadionda qəbul edəcək.
Azərbaycan çempionunun ev oyununun başlama saatı da bəllidir. Tərəflər arasında Bakıdakı matç avqustun 25-də baş tutacaq və saat 20:45-də başlayacaq.
Qeyd edək ki, komandaların ilk görüşü avqustun 19-da Rumıniyanın Buxarest şəhərindəki "Giulesti" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Mirağa