
Yay transfer dönəminin ən fəal klublarından olan "Trabzonspor" daha bir ulduzla anlaşmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkədə üzərindən türkiyəli insayder Yağız Sabunçuoğlu yayıb.
Məlumata görə, qaradənizlilər "Əl-Hilal"ın hücumçusu Kərim Benzema ilə müqavilə imzalamaq üçün danışıqlar aparır. "Trabzonspor"un Benzema ilə birlikdə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda oynayan Darvin Nunyesi də hədəf aldığı bəllidir.
38 yaşlı fransız bu mövsüm "Əl-Hilal" da 2 oyun keçirib və 1 qol vurub. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.
Məlum olduğu kimi, bir müddət əvvəl misirli ulduz Məhəmməd Salah Türkiyə klubuna qoşulub.
Mirağa