
İtaliyanın “Roma” klubu yeni transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, "canavarlar" "Portu"nun hücumameyilli yarımmüdafiəçisi Rodriqo Moranı transfer edib.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
19 yaşlı portuqaliyalı futbolçu yeni komandasında 86 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mora “Portu”nun əsas komandasında 44 matça çıxaraq, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli