
Mövsümün ilk turunda "Neftçi" ilə qarşılaşaraq məğlubiyyətə üzülən (1:3) "Sumqayıt" 2-ci turda "məcburi istirahət" edəcək. "Gənclik şəhəri" təmsilçisinin qarşılaşmalı olduğu "Sabah" Çempionlar Liqasının pley-off sınağı ilə əlaqədar çempionat oyununun təxirə salınması barədə Peşəkar Futbol Liqasına mürqaciətinə müsbət cavab alıb. Bu, "Sumqayıt"ın təxminən iki həftə oyunsuz qalması deməkdir. Bəs komanda bu fasilədən necə yararlanacaq?
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "kimyaçılar"ın 3-cü tura qədər hazırlıq oyununun olmayacağı dəqiqdir.
Portuqaliyalı baş məşqçi Filipe Kandidu buna ehtiyac duymayıb. O, oyunu məşq yükləmələri ilə əvəz etməyi lazım bilib.
Qeyd edək ki, "Sumqayıt" 3-cü turda doğma meydanda "Qarabağ"la üz-üzə gələcək.
Mirağa