
Son olaraq "Neftçi"nin şərəfini qoruyan Kamerun milli komandasının hücumçusu Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Bodrumspor" təcrübəli forvard ilə razılıq əldə edib.
Karyerası ərzində "Portu", "Beşiktaş" və "Əl-Nəsr" kimi klublarda çıxış edən 34 yaşlı qolçu keçirdiyi 450 rəsmi matçda 181 gol və 57 asistlə yadda qalıb.
Transferin rəsmi təfərrüatlarının yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Kamil Xudiyev