
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi və komandanın qapıçısı Yen Frey MLS çempionatında “Filadelfiya Yunion”la keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra cərimələniblər.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Messi Kavan Sallivanla mübahisə zamanı onun başına şillə ilə zərbə endirib.
Daha sonra eyni futbolçu ilə Yen Frey arasında da insident yaşanıb. Qaşılaşmanın əlavə olunmuş dəqiqələrində isə Kavan Sallivan və Yannik Brayt əlbəyaxa olub. Hər iki futbolçu meydandan qovulub.
Görüşdəki mübahisəli epizodlar müstəqil komissiya tərəfindən yenidən nəzərdən keçirilib. Nəticədə Kavan Sallivana göstərilən qırmızı vərəqə yekdilliklə ləğv edilib.
Messi və Frey isə davranışlarına görə pul cəriməsinə məruz qalıblar.