
Joze Mourinyu "Real Madrid"in La Liqada "Espanyol"a qarşı 2:1 hesablı qələbəsini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, baş məşqçi komandasının qalib gəlməyə layiq olduğunu bildirib:
"Düşünürəm ki, biz qələbəyə layiq idik, amma "Espanyol" da yaxşı çıxış etdi. Oyuna nəzarət bizdə idi, təzyiq göstərdik, çox risk etdik və hesab edirəm ki, qələbə bizim haqqımız idi. Amma "Espanyol" kimi oynayan, bu cür müdafiə olunan, təhlükəli əks-hücumlar edən və təşkilatlanmış komanda üçün meydanı xalsız tərk etmək ağırdır. Müdafiə sistemlərindən danışanda fiziki hazırlığı nəzərə almaq lazımdır. Onların heyətində dünya çempionatında iştirak edən oyunçu yox idi, uzun müddətdir birlikdə çalışırlar və bu, meydanda hiss olunur. Hətta gözləmirdim ki, Cud Bellinqem bu qədər uzun oynaya biləcək. Elə futbolçular var ki, hələ də geridə qalır və mənim sevdiyim presinq üçün bizdə həm oyun təcrübəsi, həm də birgə məşqlər çatışmır. Ona görə də bu qələbə bizim üçün çox dəyərlidir, bu uğur ehtiyat oyunçular sayəsində əldə olunub".
Əlisahib İbrahimli