12:56 26.08.2026 253

“Qoy "Real”, “Barselona” kimi klublar Azərbaycana gəlsin ki..." - Arif Əsədov

"Sabah" dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Hapoel"ə (Beer-Şeva) qalib gələrək, (5:2) ÇL-in Liqa mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb Azərbaycan çempionunun qələbəsi və liqa mərhələsi barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

“Sabah” dünənki qələbəsi ilə Azərbaycan futbolu adına yeni bir tarixi səhifə yazdı. Bu münasibətlə məşqçilər, futbolçular heyətini, bütün komandanı və xüsusilə də klubun rəhbərlərini - "Sabah"ın yaranmasında böyük əməyi olan Balaş müəllim və Maqsud müəllimi təbrik etmək istəyirəm. Gənc klub olmasına baxmayaraq, qısa bir zamanda belə tarixi rekorda imza atdılar. İlk raunddan gəlib Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandılar.

Oyuna gəldikdə, ilk qarşılaşmadan sonra da görünürdü ki, rəqib çox güclüdür. İsrail çempionunun həm texniki, həm taktiki, həm fərdi keyfiyyətlərə malik yaxşı oyunçuları var. Amma səfərdəki məğlubiyyətə baxmayaraq, biz ümidli idik. İnanırdıq ki, "Sabah" evdə bundan qabaqkı oyunlarda göstərdiyi o performansı, inamı sərgiləyə və azarkeş dəstəyi ilə rəqibi üstələyə bilər. Hardasa bərabər səviyyəli bir oyun getdi. İlk hissədə rəqibin üstünlüyü var idi. Amma “Sabah” xarakter və komanda ruhu göstərərək son dəqiqələrdə qol vurmaqla qarşılaşmanı əlavə vaxtlara apardı. Orada da rəqibi bütün komponentlərdə, həm fiziki, həm taktiki baxımdan üstələyərək istələyib qələbəni əldə etdi. "Sabah"da artıq oturuşmuş oyun görürük. Özünəməxsus oyun fəlsəfəsi var. Komanda nə eləmək istədiyini bilir. Həm müdafiədə, həm hücumda, xüsusilə də keçidlərdə, yəni müdafiədən hücum fazasına keçəndə. “Sabah” çox möhtəşəm oyun göstərir. Düşünürəm ki, bu belə davam etsə, təmsilçimiz Çempionlar Liqasının Liqa mərhələsində də bizi sevindirəcək. Rəqiblərin düşməsindən asılı olmayaraq, mənə elə gəlir ki, komandamız xallar qazanacaq. Uğurlar arzulayaq. Gözləyək görə hansı rəqiblər düşür? Əslində istərdik ki, daha adlı-sanlı yəni “Real Madrid”, “Barselona” kimi klublar gəlsin Azərbaycana ki, həm azarkeşlər, həm də ictimaiyyət bundan zövq alsın".

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 Avqust 2026
15:08

"Mançester Siti" Mərakeş millisinin üzvü ilə anlaşdı - RƏSMİ

14:50

"Şəfa"nın əvəzedicilərinə texniki məğlubiyyət verildi

14:30

"İmişli" ötən ay müqavilə bağladığı legionerlə yollarını ayırdı

14:11

"Şanslarımızdan maksimum istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov

13:53

Bölgə təmsilçiləri Bakıda sülhə razılaşdılar

13:34

"Şahdağ Qusar" və "Səbail" əsas favoritlərdir" - Məmmədov autsayderləri də açıqladı

13:15

AFFA "Neftçi" ilə "İmişli"ni cərimələdi

12:56

“Qoy "Real”, “Barselona” kimi klublar Azərbaycana gəlsin ki..." - Arif Əsədov

12:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:29

"Neftçi" hücumçusu ilə vidalaşdı - RƏSMİ

12:05

"Klubda hər kəs məni xarakterimin qaranlıq tərəfindən qoruyur" - Joze Mourinyu

11:46

"Karvan-Yevlax" yeni transfer reallaşdırdı

11:28

Ölkə başçısı “Sabah”ı təbrik etdi

11:10

Rahim Sterlinq saxlanıldı - Onu 2 illik həbs gözləyir

10:51

AÇ: Azərbaycan millisi Belçika ilə üz-üzə

10:30

ÇL: "Fənərbağça" Liqa mərhələsinə vəsiqə qazana biləcəkmi?

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Sabahın ulduzları: U-15 yaş qrupunda 6-cı tur start götürdü - Fotolar/Nəticələr

09:25

"Qalatasaray" Leau ilə razılığa gəldi - İldə bu qədər ödəyəcək

09:00

"Sabah" qələbə qazandı, Azərbaycan Avropada irəlilədi - UEFA reytinqi

01:55

ÇL: LASK "Seltik"i mübarizədən kənarlaşdırdı

01:48

"Sabah" bu qədər gəlir əldə edəcək

01:12

Rövşən Nəcəf "Sabah"ı təbrik etdi

00:37

"Bu gün ən xoşbəxt məşqçiyəm!" - Valdas Dambrauskas

00:11

"Bu mərhələyə gəlmək də uğurdur" - Ran Kojuk

25 Avqust 2026
23:21

"Sabah" "Hapoel"i Bakıda məhv etdi - Çempionlar Liqasındayıq

22:17

Zirkze "Mançester Yunayted"dən gedir

21:48

"Mançester Yunayted" "Barselona"nın ulduzuna göz dikdi

21:18

Zubimendi ilə şifahi razılıq əldə olundu

20:48

Xulian Alvarez "Atletiko"nu ayağa qaldırdı

20:26

İngiltərədə ilin transfer bombası

19:51

"Mançester Siti"də gözlənilməz ayrılıq

19:23

Mateta "Aston Villa"ya keçəcək?

18:51

Olli Uotkins fanatların hədəfində

18:12

Stolüstü tennisçilər təlim-məşq toplanışında

17:52

Azərbaycanda Almaniya klubunun adını daşıyacaq futbol məktəbi açılır

17:34

"İlk turda xal qazanmaq istəyirik" - Tural Cəlilov

17:15

"Şimal" son yoxlama oyununu Region Liqası təmsilçisinə qarşı keçirəcək

16:57

"Fənərbağça"da bu oyunçular "Olimpik Lion"la matçda oynamayacaq

16:38

"Yuventus"un qapıçısı karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək

Facebookdan bizi izləməyi unutmayın.
X