
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın mövsümə zəif başlamasından narahat olmadığını bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Paris klubu Liqa 1-də ilk üç turdan sonra qələbə qazana bilməyib.
Enrikenin kollektivi son görüşdə “Monako”ya 1:2 hesabı ilə məğlub olub. Bununla da komanda 19 ildən sonra çempionata belə uğursuz start verib.
Buna baxmayaraq, təcrübəli mütəxəssis hesab edir ki, komandanın vəziyyəti dramatik deyil və mövsümün bu mərhələsində nəticələrə görə ciddi narahatlığa ehtiyac yoxdur.
Qeyd edək ki, 56 yaşlı çalışdırıcı 2023-cü ildən PSJ-nin uğurları üçün mübarizə aparır.
Əlisahib İbrahimli