
“Barselona”nın zədə səbəbindən komandadan kənarda qalan yarımmüdafiəçisi Frenki de Yonqun oktyabrın 8-də, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana qayıtması gözlənilir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Mundo Deportivo” yayıb.
Niderlandlı futbolçu bərpa prosesini milli fasilə müddətində başa çatdıraraq komandanın düşərgəsinə qayıtmağı hədəfləyir.
Qeyd edək ki, De Yonq DÇ-2026 zamanı sağ dizinin daxili yan bağlarından zədə alıb.
Əlisahib İbrahimli