
Bu gün Misli Premyer Liqasında 4-cü tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son gündə 2 qarşılaşma reallaşacaq.
“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Turun son oyunu isə “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Bu matçda ədaləti Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.
Daha öncə “Kəpəz” “Şamaxı”ya (1:4) uduzub, “Qəbələ” “İmişli”yə (2:1), “Sabah” “Zirə”yə (5:0), “Neftçi” “Şəfa”ya (4:1) qalib gəlib.
Misli Premyer Liqası
4-cü tur
6 sentyabr
“Turan Tovuz” – “Sumqayıt” 0:1 (ilk hissə)
Qol: Ronaldo Vaskez, 8.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
Tovuz şəhər stadionu, 18:00.
“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 17. Rəhim Sadıxov 3. Enrike Silva 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 5. Roderik Miller 21. Stiv Beusnar 23. Alexandro Serrano 77. Vadji İbrahima 25. Denis Marandiçi
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi (k) 7. Rüstəm Əhmədzadə 17. Nihad Əhmədzadə 4. İsa Suliman 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 21. Tiaqo Almeyda 5. Renan Santana
Ehtiyat oyunçular: 12. Aftandil Arixov 34. Ülvi Abbaslı 29. Emil Mustafayev 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Jeam Oliveyra 11. Aleksa Yankoviç
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:15.