
Niderland Erediviziyasının 5-ci turu çərçivəsində baş tutan "Telstar" - "Kambur" görüşü (2:2) maraqlı hadisə ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Ronald Kuman görüşdə penaltidən iki qol vuraraq Erediviziya tarixinə düşüb.
O, azlıqda qalan və hesabda 0:2 geri düşən komandasını məğlubiyyətdən xilas edib. "Telstar"ın qapıçısı 63-cü və 90+10-cu dəqiqələrdə iki dəfə "ağ nöqtə"yə yaxınlaşaraq dəqiq zərbə ilə matçın əsas qəhrəmanına çevrilib.
Beləliklə, o, Erediviziya tarixində bir matçda iki qol vuran ilk qapıçı olub.
31 yaşlı qolkiper Niderland millisinin əfsanəsi Ronald Kumanın oğludur.
Mirağa