
"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində "Mançester Yunayted" ilə üz-üzə gələcək.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın səfər matçı barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Sabah” Çempionlar Liqasında “Old Trafford”da köklü bir komandaya qarşı oynayacaq. Açıq-aşkar görüşün favoriti ingilislər sayılır. Amma məsələ ondan ibarətdir ki, “Sabah” ön xətdə öz oyununu nümayiş etdirsə, “Mançester Yunayted”lə görüşdə qol imkanları yaxalaya biləcək. Komandamızın ən yaralı yerlərindən biri yaratdığı qol vəziyyətlərindən istifadə edə bilməməsidir. “Zirə” ilə matçda bu hallar yaşanmadı və demək olar ki, bütün epizodlardan istifadə etməyi bacardılar. İndi “Mançester Yunayted”ə qarşı oynayırlar. Çox qol vəziyyəti olacağına inanmıram, amma olsa, yararlanmaq lazımdır. Hücumameyilli oynayanda isə tez-tez qapıda təhlükələr yarana bilər. Rəqiblərimizin performansına da uyğunlaşmalıyıq. Çünki nə qədər ideal oynasaq da, böyük klublardan çox şey asılı olur. İngiltərədəki görüşdə isə müdafiəyə önəm vermək lazımdır. Daha çmox müdafiənin qayğısına qalanda da qarşı tərəfi üzərinə çəkmək və əks-hücumlar qurmaq mümkündür. Qapı qarşısında kiçik səhvlərə belə, diqqət yetirmək vacibdir”.
Əlisahib İbrahimli