
“Barselona”nın müdafiəçisi Alexandro Balde qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
İspaniyalı futbolçunun klubdakı gələcəyi sual altındadır. Baldenin mövsümün əvvəlindən əsas heyətdə kifayət qədər oyun vaxtı əldə edə bilməməsi onun gələcəyi ilə bağlı ehtimalları artırıb.
22 yaşlı sol cinah müdafiəçisinin vəziyyətini xüsusilə Premyer Liqa klublarının izlədiyi bildirilir.
Daha əvvəl “Mançester Yunayted”in də futbolçu ilə maraqlandığı barədə məlumatlar yayılıb.
Əlisahib İbrahimli