
Sabah Azərbaycan millisi saat 20:00-da Tacikistan ilə yoxlama matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, yığmanın müdafiəçisi Rəhman Daşdəmirov oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb:
Rəqib yaxşı komandadır. Özümüzə inanırıq. Qələbə qazanmaq istəyirik.
-Çempionlar Liqasını görəndən sonra özünüzdə bir fərq hiss edirsiniz?
-Mənim üçün fərqi yoxdur. Hər oyuna eyni qaydada hazırlaşıram. Əlimdən gələni etməyə çalışıram.
-Qrupumuzdakı rəqiblər haqda nə deyə bilərsən?
-Əsas sabahkı oyuna köklənmişik. Digər rəqiblərə qarşı da qalib gəlmək istəyirik.
-Litva Millisinin baş məşqçisi Valdas Dambrauskas barədə danışdı. Ondan milli haqda kömək alacaqlarını söylədi. Nə düşünürsünüz?
-Özü ilə şəxsən danışmışam. Bizim üstün tərəflərimizi bildirib. Maraqlı olacağını qeyd edib. O barədə söhbətimiz olub. Döyüşkən olduğumuzu deyə bilər.
Əlisahib İbrahimli