20:11 22.09.2026 74

"Mahir Emrelini tərifləyəndə çox sevindim" - Ayxan Abbasov

 

Sabah Azərbaycan millisi saat 20:00-da Tacikistan ilə yoxlama matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, yığmamızın çalışdırıcısı Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Rəqib 2026-cı ildə məğlub olmayıb. Bərabərlik edib və bir çox oyunlarda qalib gəlib. Bəzi oyunçularımız ilk məşqlərini keçirəcək. Rotasiyalı heyyətlər olacaq. Yeni gələn oyunçulara şans vermək istəyirik. 3 ağır oyun bizi gözləyir. Sabahkı hazırlığımızı buna görə edəcəyik. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik.

-Tacikistanı məcburi seçdiniz? Bu komandanın digər rəqiblərlə oxşar cəhətləri var?

-Yoldaşlıq görüşü keçirmək məcburidir. Boş rəqib tapmaq çətindir. Bu səbəbdən Asiya komandasına üz tutduq. Biz digər rəqiblərə yaxınıq. Belə komandalara qarşı oynamaq bizim üçün lazımdır. Son 2 matçda bir çox epizoddan istifadə edə bilmədik. Millətlər Liqasında güclü rəqiblərlə qarşılaşmışıq. İnkişaf üçün belə matçlar lazımdır.

-Belə ardıcıl və sıx qrafikə komanda necə tab gətirəcək? Oyunlardan birinin səfərdə olması əlavə yorğunluq yaratmayacaq?

-Bir oyunun səfərdə olması üstünlükdür. Ən önəmli məsələ klublarında çox oynayan futbolçular üçün çətin olacaq. Mahirin təxirə salınmış oyunu var. Rəhman, Rüfət də sıx qrafikdə oynayacaq. Rotasiyalara əhəmiyyət verəcəyik. Elə futbolçular olacaq ki, 4 matçın hamısında çıxış edə biləcək.

-Nəriman Axundzadənin fiziki forması ilə bağlı nə deyə bilərsiniz? Siz onu niyə qənaətbəxş hesab etmədiniz?

-Biz sevinirdik ki, o, Türkiyə liqasına gəldi. Orada forma şansı qazanacağını düşünürdük. Belə olmadı. Orada vəziyyət fərqlidir. Gərək yerli futbolçudan iki baş üstün olasan ki, şans qazanasan. Nərimanın özünə gəlməsi üçün oyun praktikasına ehtiyacı var.

-Şahruddin Məhəmmədəliyev niyə dəvət olunmayıb? Səlahət Ağayev də yoxdur. Rəvan Mirzməmmədov ondan güclüdür?

-Adlara toxunsaq, hər kəs öz seçimini səsləndirəcək. Emil Balayev “Neftçi”də əsas qapıçıdır. Aydın Bayramov  “Zirə”də 4 oyun oynadı. Rəvan Mirzməmmədov “Sabah”da özünü yaxşı göstərdi. Şahruddinin zədəli halda oynamasını istəmirdik. Biz onun kimi futbolçuları qazanmışıq. Çempionatda şans qazanmasını istəyirdik. Şans verilmədi. Səlahət Ağayev yaxşı insandır, peşəkardır. Onu milli komandaya qaytaran da biz olmuşuq. “Qəbələ” son pillədə olarkən ona şans vermişdik. O da bizim siyahımızda idi. Amma gəlin, gənclərə şans verək. Tək Rəvan yox, Edqar Ədilxanov, Oruc Məmmədov və digərləri də var. Bu gün Rüfət Abbaovu hər kəs tərifləyir. Amma İslandiya ilə görüşdən sonra hamı onun oyuna tab gətirmədiyini söyləyirdi. Mən onun “Şamaxı”da daha çox çalışdığını görürdüm.

-Bu yaxınlarda Polşada olmusunuz. İlqar Qurbanovla birgə olmağınız müəyyən reaksiyalara səbəb oldu. Siz nə düşünürsünüz?

-Hər şeyə reaksiya verirlər. Bu, təbiidir. İki yerdə işləyirsən, deyirlər milliyə vaxt ayır. Milli futbolçunu dəstəkləmək üçün səfər edirsən, yenə reaksiya verirlər. Mən Avropanı görmüşəm, gəzməyə ehtiyacım yoxdur. Orada Mahir Emrelini tərifləyəndə çox sevindim. Hətta məndən komandaları üçün gənc futbolçuları soruşdular. Həmçinin Toral üçün Türkiyəyə səfər edərkən də bununla qarşılaşdım.

-Toral Bayramov son matçlarda forma geyinmir. Onunla düşərgədə söhbət etmisiniz? Sabah ona şans verəcəksiniz?

-Bütün futbolçular və legioner futbolçularımızın klubları ilə sıx əlaqədəyik. İstərdik ki, daha çox futbolçumuz legioner olsun. Toral Türkiyəni seçdi. Orada media və təzyiq böyükdür. Əgər buna dözsə, inkişaf edəcək. Son matçda səhv etmədən 36-cı dəqiqədə əvəzlənməsini anlamadım. İki topu çıxartdı, amma yerli futbolçu ilə əvəzləndi.

-Sizcə, son 2 mövsümdə legioner limitinin ləğv edilməsinin legioner həyatı yaşayan futbolçuların sayının artmasına təsiri var?

-Razılaşdığım və razılaşmadığım fikirlər var. Komandalarımız avrokuboklarda çıxış etməsəydi, bu çətin olardı. Mən istərdim ki, gənclər xaricə üz tutsun. Sevinirəm ki, belə gənc futbolçularımız var. Çox istərdim ki, Murad Məmmədov da burada olsun.

-Azərbaycanda futbolun inkişafı ilə bağlı nə deyə bilərsiniz?

-Azərbaycanda milliyə olan təzyiqin yarısı heç Litvada yoxdur. Bəzi futbolçuların milliyə marağının olmamasını, büdcənin də o səviyyədə olmadığını görmüşük. Əgər klublar nəticə əldə etməsə, millidə də inkişaf olmayacaq. Bizim çempionatımızın zəif görünməsinin səbəbləri stadionlar, işıqlar və azarkeşlərdir. Gəncə şəhər stadionunun yayımında yuxarıda tablo olmasa, elə bilərsən ki, xaricdəsən.

-Sağ cinah müdafiəçisi mövqeyində sizcə çatışmazlıq var?

-Düz qeyd etdiniz. Bizim çempionatımızda gənc limiti olduğu zaman yarımmüdafiəçiləri sağ müdafiədə oynadırdıq. Bu gün bəlkə də ən az rəqabətin olduğu mövqe sağ cinah müdafiəçisidir. Amma solda Elvin Cəfərquliyev, Toral Bayramov, Rüfət Abbasov var. Onlardan istifadə edə bilərik.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 Sentyabr 2026
21:10

Rafinya - Yamal tandemindən inanılmaz rekord

20:28

Oleq Kojenets "Naxçıvan"da

20:11

"Mahir Emrelini tərifləyəndə çox sevindim" - Ayxan Abbasov

19:40

"Hər oyuna eyni qaydada hazırlaşıram" - Rəhman Daşdəmirov

19:14

"Gəncəbasar" Azərbaycanın U-19 millisi və Premyer Liqa təmsilçisi ilə qarşılaşacaq

18:41

Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olundu

18:11

Tacikistan millisinin baş məşqçisi Azərbaycanla matçdan öncə nə danışdı?

17:41

"Xankəndi" klubda baş məşqçi dəyişikliyi ilə açıqlama yaydı

17:34

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşdülər

17:16

MOİK fasilə dönəmində 2 yoxlama oyunu keçirəcək

16:58

"Kristal Pelas"ın futbolçusu İngiltərə nəhənginə keçməyə yaxındır

16:40

"Bu sıraya "Gəncəbasar"ı da daxil etmək mümkündür" - Röyal Nəcəfov

16:21

"Heyətimizə iki yeni legioner qoşulmalıdır" - Tural Cəlilov

16:02

"Xankəndi"nin yeni baş məşqçisi kim olacaq? - AÇIQLAMA

15:43

Rəhim Həsənov: "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verilməli idi"

15:24

"Futbolçularım kişi kimi mübarizə apararaq qələbə qazandılar"

15:05

"Onların qələbəsi təəccüblü olmadı" - Qəzənfər Abbasov

14:46

"Karvan-Yevlax" başladı

14:28

Beşgünlük istirahətə buraxılan "Neftçi" yoxlama oyunu keçirəcək - AÇIQLAMA

14:09

"Sabah"ın fasilədən necə yararlanacağı dəqiqləşdi

13:50

"Xankəndi"nin yeni baş məşqçisinin kim olacağı bilindi

13:21

"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışdadır

13:02

"Fasilədən maksimum istifadə etmək istəyirik" - Füzuli Məmmədov

12:43

"O gün bizim günümüz idi" - 6:0-ın memarı

12:24

İngiltərə millisinin 5 ulduzu düşərgəni tərk etdi

12:05

Cavadov mərkəzi oyunda qazandıqları qələbəni belə dəyərləndirdi

11:46

"Film kimidir, amma gerçəkdir" - Kilian Mbappe

11:27

"Qalatasaray" Okan Burukla bağlı qərarını verdi

11:08

Messinin vida forması belə olacaq - VİDEO

10:49

Salah İngiltərədə cəzalandırıldı

10:30

AFFA futzal üzrə seleksiya məşqləri təşkil edəcək

10:11

Osimhen bu matçda meydanda olacaq

09:52

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

"Fənərbağça" bu oyunçunu "radar"ına aldı

09:00

Avropa komandaları yeni Yamalı istəyir

01:33

"Qarabağ"dan gedən Koxalski ölkəmiz haqqında neqativ danışdı

00:42

"Neftçi"dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

21 Sentyabr 2026
23:58

"Fənərbağça"da gözlənilməz itki

22:57

"Neftçi" monteneqrolu hücumçunu heyətinə qatdı

22:18

Qurban Qurbanov "Qarabağ"dan ayrılmaq istəyib?

Facebookdan bizi izləməyi unutmayın.
X